Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-02 13:21:00
Xaricdə universitet seçərkən ilk buna DİQQƏT edin    

Xaricdə təhsil alacaq şəxslərin universitet və ölkə seçərkən diqqət etməli olduğu bir sıra vacib məqamlar var.

 

Ancaq ölkəyə qayıtdıqdan sonra təhsil sənədinin(diplom, sertifikat) tanınması zamanı hər hansı problemin yaranmaması üçün həmin universitetin o ölkədə akkreditə olunmasına xüsusi diqqət etmək lazımdır.

 

AzEdu.az xəbər verir ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin həmin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir.

 

Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməmişdir. Bu səbəbdən, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.