Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 16:57:00
ARTİ doktorantura və dissertanturaya sənəd qəbulu elan edir  

RTİ 2022-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) sənəd qəbulu elan edir.

 

AzEdu.az xəbər verir ki, xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə üzrə imtahanı 1, 2, 5 sentyabr, ixtisas imtahanı isə  12, 13  sentyabr 2022-ci il tarixlərində baş tutacaq.           

 

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.                    

 

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər portal.edu.az saytı üzərindən "Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər

 

Qeyd edək ki, təlimat, plan yerləri, fəlsəfə fənnindən doktorluq imtahanının sualları və proqram üçün qeyd olunan linklərə daxil ola bilərsiniz:

Təlimat

Plan yerləri

Fəlsəfə fənnindən doktorluq imtahanının sualları

Fəlsəfə fənnindən doktorluq imtahanının proqramı

 

Sənəd qəbulu müddəti: 5 aprel saat 09:00-5 may saat 17:00

Ətraflı məlumat üçün: +994 12 493 82 71 

                                       +994 12 599 08 08   daxili (6209) (6236) (6212)