Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 13:10:00
Bu il magistraturaya qəbul imtahanlarında yüksək bal toplayanların sayı daha çoxdur

Bu il magistraturaya keçirilən qəbul imtahanlarında 91 və daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2245 nəfər olub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən il analoji göstəricilər 35, 392 və 1938 nəfər olub. Göründüyü kimi, bu il yüksək bal toplayanların sayı daha çoxdur.