Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 16:23:00
Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlim keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 28-də Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış” mövzusunda təlim keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, təlimdə DİM-in əməkdaşı Miranə Rüstəmli insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, onlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verib.

 

Təlimin ikinci hissəsi iyunun 29-da keçiriləcək.

Xatırladaq ki, DİM mütəmadi olaraq dövlət qurumları, özəl sektor və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil edir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.