Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 15:05:00
5 minə yaxın tələbə kredit almaq üçün MÜRACİƏT EDİB

 

Yaz sessiyasında təhsil krediti almaq üçün 4919 tələbə müraciət edib. Onlardan 136-sı emaldadır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

 

871 tələbəyə kredit verilməsindən imtina edilib, 94 tələbə banka göndərilib.

 

Müraciət edənlərdən 1326-sı ilə sosial, 2492 nəfərlə isə standart kreditlərin verilməsi rəsmiləşdirilib.