Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 13:14:00
İmkansızlıq üzündən təhsil ala bilməyən olimpiadalar qalibi – “İnanıram ki, mənə yardım edən olar”-FOTO

 

 

Beynəlxalq  və  Respublika Fənn Olimpiadalarının qalibi, “Birincilərin birincisi” mükafatına layiq görülən istedadlı gənc, maddi problem səbəbilə təhsilini davam etdirə bilmir.

 

Ranal  Bəşir oğlu Qurbanov, 2  may 2004-ci ildə  Lənkəran şəhərində anadan olub. İbtidai və ümumi orta təhsilini burada alan Ranal, tam orta təhsilini Bakı Bakı şəhəri M.F.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə başa vurub.

 

O, 2019-cu ildə Respublika Fənn Olimpiadasında bürünc medal, 2020-ci ildə 31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş medal, 2021-ci ildə Respublika Fənn Olimpiadasında Qızıl medal, 2021-ci ildə 32-ci Beynəlxalq Biologiya Olimpiadasında Qızıl medal qazanıb.

 

İstedadlı gəncimiz AzEdu.az-a açıqlamasında məktəbi bitirdikdən sonra qəbul aldığı universitetlərə maddi çətinliklər səbəbilə gedə bilmədiyini qeyd edib:

 

“Təhsilimdə qazandığım uğurlar nəticəsində Türkiyənin bir neçə tibb universitetlərindən qəbul aldım. Ali təhsil almaq üçün onlar arasından Türkiyənin Qazi Universitetinin Tibb fakültəsini seçdim. Ailəmin maddi sıxıntılar içində olduğu həmin zamanda şans üzümə güldü. Müraciət etdiyim, ABŞ səfirliyinin maliyyələşdirdiyi FLEX peroqramını qazandım və qəbul aldığım universitetdə təhsilimi donduraraq, Amerikaya yollandım. Bundan əvvəl ingiliscə təhsil almamağıma baxmayaraq Rhode Island ştatındakı məktəbimdə təhsilimi 5 üzərində 4.9 ortalam qiymətlə başa vurdum. Daha sonra Azərbaycana geri qayıtdım və keçən ildən qəbul olduğum Qazi Universitetində ali təhsilimə başlamaq istəyirəm. Amma təəssüf ki, bu il də ailəmin maddi vəziyyəti təhsilimi davam etdirməyimə imkan vermir. Ümid edirəm, ölkəmizin adına qazandığım nailiyyətlərim nəzərə alınaraq mənə mənə yardım edən olar. Öncədən dəstək olan hər kəsə təşəkkür edirəm”

 

Ranal qeyd edib ki, təhsil müddəti 6 ildir və illik təhsil haqqı 6000 manat təşkil edir.

 

Əlaqə nömrəsi: 050 461 66 70