Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 13:00:00
"Sertifikasiyanı dəstəkləyirəm, 50% müəllimin savadı yoxdur"-SƏRT TƏNQİD

 “İşinin öhtəsindən gələn müəllimlərin faiz nistəbi heç 50-yə çatmır, yerdə qalan 50%-in isə nə savadı, nə də metodiki qabiliyyəti var”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.

 

 

O, son zamanlar müəllimlərin sertifikasiya ilə bağlı narahatlığına münasibət bildirib:

 

 

“Hələ 12 il bundan öncə  sertifikasiyanın keçirilməsi məsələsi gündəmə gəlmişdi. Səbəb isə təhsil sistemində mövcud olan kadrların lazımi təhsil səviyyəsinə malik olmaması idi. Öz işinin öhtəsindən gələn müəllimlərin faiz nistəbi heç 50-yə çatmır. Yerdə qalan 50%-in isə nə savadı, nə də metodiki qabiliyyəti var. Onlar təsadüfi və qeyri-qanuni yollarla bu sahədə təmsil olunublar. Bir zamanlar satılan saxta diplomlar vasitəsi ilə “ali təhsil”lərini tamamlayıblar. Sabiq Təhsil naziri Mikayıl Cabbarov qeyd etmişdi ki, 2000-dən artıq müəllim  saxta diplomla fəaliyyət göstərir. Lakin hazırda belə bu müəllimlərin hamısı təhsildən uzaqlaşdırıla bilinməyib”.

 

 

O, qeyd edib ki, sertifikasiyanın keçirilməsi labüd addımdır:

 

 

“Buna  səbəb odur ki, təhsil sistemində kadrların səviyyəsi bərpa olunsun. Lakin bu, gözə kül üfürmək üçündürmü? Bunu deyə bilmərəm. Sertifikasiyanın indiyə kimi uzadılmasının səbəbi savadsız müəllimlərin potensialından istifadə etmək olub. Ona görə də həmin müəllimlər təhsildən kənarlaşdırılmayıb. Bəlkə də heç sertifikasiya prosesi baş tutmadı”.

 

O, DİQ-in də şəffaf keçirilmədiyini deyir:

 

 

“Direktorların işə qəbulu müsabiqəsinin də şəffaf keçirilmədiyi qənaətindəyəm. Bəzi ucqar ərazilərdə olan məktəblərə direktorlar demokratik yolla qəbul olunub. Digər şəxslər isə müsahibə mərhələsindən keçə bilməyiblər. Yenə də köhnə direktorlar yerində qalır, şikayətlər isə həllini tapmayıb”.

 

 

Nabatəli Qulamoğlu müəllimlərin narazılığına münasibət bildirib:

 

 

“Müəllimlərin narazılığına gəldikdə isə  bunu heç cür qəbul edə bilmirəm. Əgər müəllimin özünə etibarı varsa və savadına güvənirsə,  sertifikasiyadan çəkinməməlidir.

 

 

Azərbaycan dili və ədəbiyyat müəllimləri qrupuna üzv olmuşam. Burada 23 mindən artıq müəllim var. Onların böyük əksəriyyəti razıdır ki, sertifikasiya prosesi keçirilsin. Ona görə  ki, savadlı müəllim ilə savadsız arasında fərq qoyulsun. Çünki direktorlar savadsız müəllimlərə söykənərək sui-istifadə hallarına yol verirlər. Onların adına dərs yazır, saxta iş düzəldirlər”.

 

 

Ekspert sertifikasiyanın vacibliyini diqqətə çatdırıb:

 

 

“Mənə elə gəlir ki, vahid ədəbiyyatın olmasına ehtiyac yoxdur. Müəllimlər bu barədə kifayət qədər xəbərdar olunublar. Sertifikasiya olmasa belə, müəllim hər an hazırlıqlı olmalıdır. O, öz inkişafını fasiləsiz davam etdirməlidir. Mən hər zaman müəllimlərin tərəfində olmuşam, lakin heç vaxt savadsız yanında dayanmağı düzgün hesab etmirəm. Onlar öz yerlərini təhsil bazarından uzaqlaşıb, savada verməlidilər.

 

 

Lakin müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq dövlətin borcudur. Çünki bunlara göz yumması sahəsində bu kimi hadisələr baş verir. Savadsız müəllimlər özlərinə iş yeri tapıblar”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları