Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 12:47:00
“Britaniyaya köçün!” – Boris Conson Rusiya alimlərinə müraciət etdi

“Putinin zorakılığına təşvişlə baxan və artıq Rusiyada özlərini təhlükəsiz hiss etməyən rusiyalı alimlər və tədqiqatçılar – Böyük Britaniyaya köçmək və açıqlığa, azadlığa və biliyə dəyər verən bir ölkədə işləmək üçün müraciət etməkdən çəkinməyin!”.

 

 Britaniyanın baş naziri Boris Conson bu müraciəti ilə rus alimlərini Rusiyadan köçməyə çağırıb. Consonun sözlərinə görə, bu, alimlərə Britaniyada ukryanalı həmkarları ilə tədqiqatlar aparmağa da imkan verəcək.

 

Artıq 130-a yaxın ukraynalı alim “Risk zonasındakı tədqiqatçılar” proqramı çərçivəsində Britaniyada fəaliyyətini davam etdirir.

 

Azpost.info