Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-29 09:03:00
Bu fənlər mütləq  birləşdirilməli, dərs saatları azaldılmalıdır- Çox vacib 

 

 

“Aşağıdan yuxarıya doğru bütün fənləri inteqrasiya etmək lazımdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında professor, əməkdar elm xadimi  Fərrux Rüstəmov deyib.

 

Belə ki, Təhsil naziri Emin Əmrullayev məktəblərdə tədris edilən 17 fənnin sayının çoxluğunu və onların bəzilərinin çıxarılmağa ehtiyacı olduğunu qeyd edib.

 

Fərrux Rüstəmov isə fənlərin birləşdirilməsinin vacibliyini vurğulayıb:

 

“Məktəbdə tədris olunan hansısa fənnin çıxarılmasını düzgün hesab etmirəm. Çünki onların hər biri zəruri xarakter daşıyır. Düşünürəm ki, fənlərin inteqrasiya edilməyə ehtiyacı var. Elə dərslər mövcuddur ki, onların birləşdirilməsi effektiv nəticə verəcək. Misal olaraq, təsviri incəsənət və musiqini  göstərmək olar. Xarici ölkələrdə bu tipdə olan fənlər inteqrativ şəkildə tədris edilir. Onları birləşdirməklə fənlərin sayını azaltmaq mümkündür. Avropa və türk dövlətlərində təbiət fənləri tədris edilir, bunlara nümunə olaraq, fizika və təbiətşünaslığı göstərmək olar. Onları ümumi adla birləşdirmək lazımdır. İbtidai siniflərdə ayrı-ayrı fənlər üzrə məlumatlar verilir. Onların hər birinin məktəbli şəxsiyyətinin formalaşmasında  bu və ya digər dərəcədə rolu böyükdür. Ona görə də fənlərin azaldılmasını məqbul hesab etmək olar. 17 fənn inteqrasiya olunaraq birləşdirilməlidir. Vaxtı ilə məktəblərdə təbiət fənləri tədris edilirdi, onların hamısı birləşdirilərək “Həyat bilgisi” adı altında tədris olunmağa başladı. Bu aspekt əsasında xarici təcrübəni öyrənməklə  fənləri inteqrasiya etmək olar. Bu, ən doğru addımlardan biridir”.

 

O, qeyd edir ki, bir fənnin tamami ilə sıradan çıxaması şagirdləri üçün mənfi nəticələnə bilər:

 

“Hansısa xüsusi bir fənnin çıxarılmasına ehtiyac yoxdu, onlar inteqrasiya olunmalıdır. Çünki hansısa fənni çıxarsaq, problem yaranacaq və o, şagirdlərin təhsil səviyyəsinə təsir edəcək. Misal olaraq, ibtidai siniflərdə təsviri incəsənəti çıxarsaq, şagirdlərin bəzi bacarıqlarının üzərindən xətt çəkmiş olarıq. Həmçinin, musiqi və təsviri incəsənət kimi fənləri də birləşdirmək olar. Onları incəsənət adı ilə birləşdirmək mümkündür. Digər fənləri də bu istiqamətdə inteqrasiya etmək olar. Aşağıdan yuxarı bütün fənləri inteqrasiya etmək lazımdı. Ümumiyyətlə şagirdlər dünyanı inteqrativ  anlaması olduqca vacibdir, lakin biz onları ayırırıq. Biz isə ayrı fənlər keçməklə onları əsas hədəfə gedən yoldan ayırırıq. Fənlər məzmun saxlanılmaqla inteqrasiya olunmalı, bu, da dərs yükünün azaldılmasına səbəb ola bilər”.  

Şükufə Süleymanlı
Müəllifin digər yazıları