Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 11:56:00
 Müəllimlərdən tez-tez soruşulan kurikulum metodu – Bunu bilmək vacibdir!

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinin də cavabları məlum oldu. Artıq  3627 müəllim vakansiya seçimində iştirak etməkdədirlər.

Lakin MİQ imtahanlarının birinci mərhələsi – test sualları – bir mənzərəni ortaya çıxardı: kurikulum və məntiq suallarının imtahan verən bəzi gələcək və hazırkı pedaqoqlar tərəfindən qəbul olunmaması… Bununsa, bir neçə səbəbi var: kimisi bu iki predmete aid sualları qeyri-səhihlikdə, kimisi həddindən artıq mürəkkəblikdə, kimisi isə çaşdırıcı olmaqda “günahlandırır”

 AzEdu.az  bu məqsədlə, müəllimlərdən  kurikulumla bağlı ən çox soruşulan metodlardan biri  haqqında məlumat verəcək. İstər test, istərsə də şifahi mərhələdə aşağıdakı terminlər (təbii ki, burada hamısı deyil) müəllimlərdən soruşulur:

Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həll yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemli  situasiyanın təsvir edilməsidir.

Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:

  1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
  2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
  3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
  4. Problemin müəllif qiymətləndirməsinin olması.

Müzakirənin nəticələrinin surətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədə müvafiqdir.

Keys ilə iş mərhələləri.

  1. Mətni oxuyun.
  2. Mətndə hansı problemdən bəhs edildiyini müəyyən edin.
  3. Problemin (yaxud problemlərin) özünü nədə təzahür etdiyini dəqiqləşdirin.
  4. Problemin həlli yollarını müzakirə edin. (“Əqli hücum”).
  5. Qrupun qərarını təqdim etməyə hazırlayın.
  6. İşin yekununun təqdim edin.       

Qeyd:  Metodiki tövsiyəyə görə təlimçi müəllim Bilal Həsənliyə təşəkkürünü bildirir.