Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-27 11:16:00
“İmtahanlar  tədris ili başa çatdıqdan sonra keçirilə bilər”- Yalnız bu halda - TƏHLİL

 

“İmtahanların tədris ili müddətində keçirilməsinin əsas məqsədi, şagirdlərin bilik səviyələrinə bələd olmaq və qiymətləndirmələr aparmaqdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

Ekspert imtahanların keçirilmə tarixindən asılı olmayaraq dərsə davamiyyətin vacib olduğunu qeyd edib:

 

“Əlbəttə, imtahanların daha tez keçirilməsi bəzi şagirdlərə təsir edə bilər. Amma ümumilikdə şagirdlərin məktəbə davamiyyətlərinə hər hansı bir ciddi maneə törətmir. İstənilən halda şagirdlər tədris ilinin sonuna qədər dərslərə davam etməlidirlər. Çünki, onların illik qiymətləndirilməsi aparılır və bu qiymətləndirmə əsasında atestatlar təqdim olunur. Ona görə də, dərsə davamiyyət tədris ilinin yekununa qədər vacibdir. İmtahanların öncədən keçirilməsi o zaman problem olar ki, Dövlət İmtahan Mərkəzi imtahana sualları keçirilməyən mövzulardan salsın. Amma bildiyiniz kimi qəbul imtahanları keçirilən mövzu üzrə qiymətləndirilir. Ona görə də DİM imtahanları erkən keçirə bilər".

 

Elçin Əfəndi: "Mən çox təəssüf hissi ilə qeyd edirəm ki..."

 

Mütəxəssis tədris ilinin iyunun 14-də bitməsinin doğru olmadığını bildirib:

 

"Dərs ilin gec, yəni iyunun 14-ü bitməsi, fikrimcə, doğru qərar deyil. Düşünürəm ki, tədris ili 15 sentyabrda başlayıb, 31 may tarixində yekunlaşmalıdır. Çünki, artıq iyunun ilk 14 günü ərzində hava şəraitində istilər müşahidə olunur. Həmçinin şagird və müəllimlərin tədris ilinin sonuna doğru dərsə maraqları əvvəlki səviyyədə olmur. Belə olan halda dərslərin mayın 31-i tarixində yekunlaşması daha məqsədəuyğundur”.

 

O, imtahanların tədris ili baş çatdıqdan sonra keçirilməsinin yalnız bir halda mümkün olduğunu diqqətə çatdırıb:

 

“Əgər tədris ili yekunlaşdıqdan sonra imtahanlar keçirilərsə, bu kifayət qədər zaman alacaq. Nəticələrin elan olunması sentyabr ayına təsadüf edəcək. Beləliklə yeni dərs ilinin 15 sentyabrda başlaması da mümkün olmayacaq. Yalnız o halda qəbul imtahanlarını tədris ilinin sonunda keçirə bilərik ki, faktiki qəbul proqramı dəyişilsin”.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları