Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 68 tələbəsi Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramının məzunu olub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, proqrama əsasən, tələbələr I və II kursda İqtisad Universitetində, III kursda Montpellier Universitetində təhsil alırlar, 4-cü kursda isə UNEC-də təhsillərini davam edirlər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin beynəlxalq menecment və biznes ixtisası üzrə diplomunu əldə edirlər.

 

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayan iki diplom proqramından indiyədək 68 tələbə məzun olub. 2022/2023-cü tədris ilində isə 10 tələbənin həmin proqramda iştirak etməsi nəzərdə tutulur.