Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-23 16:29:00
İnformatika fənnindən imtahana hazırlaşanlar üçün seminar keçiriləcək

Təhsil İnstitutu müəllimlərin işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti seminar iyunun 29-da informatika fənnindən imtahana hazırlaşan şəxslər üçün təşkil olunacaq. Əyani şəkildə keçiriləcək seminarda iştirak etmək istəyən şəxslər linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

 

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində keçiriləcək seminar 2 saat davam edəcək.

 

Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.