Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 15:06:00
Bir-birini əvəzləyən MİQ və sertifikasiya stressi – Müəllimlərə güzəşt edilmir?

 

 

“MİQ və sertifikasiya eyni zaman kəsiyində keçirilsə də, bu müsabiqələrin heç birində müəllim və namizədlər üçün xüsusi güzəştlərə ehtiyac yoxdur”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında kurikulum təlimçisi Mahir Əhədov deyib.

 

Belə ki, bu ilin iyul ayından müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsinə start verilir. Avqustdan isə sertifikasiya üzrə msabiqəyə başlanılır.

 

İki müsabiqənin eyni vaxtlara təsadüf etməsi müəllimlər arasında müəyyən narazılıqlara  gətirib çıxarıb.

 

Mahir Əhədov qeyd edir ki, hər iki müsabiqə üçün güzəştlərin tətbiqi real görünmür:

 

“Müəllimlərin sertifikasiya prosesindən keçirilməsi onların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tətbiq edilən uğurlu addımlardan biridir.

 

Məlum olduğu kimi Təhsil Nazirliyi bu ildən məsələyə   start verib.

Sertifikasiya müsabiqəsinin ilk mərhələsinin yay aylarına salınması təsadüfü deyil. Belə olduqda həm tədris prosesinə maneə yaranmayacaq, həm də hər il yay aylarında keçirilən müəllimlərin işə qəbul müsabiqəsi  üçün qurulmuş infrastrukturdan istifadə etmək imkanı olacaq”.

 

Kurikulum təlimçisi qeyd edib ki, MİQ və sertifikasiya müsabiqələrinin icrası arasında fərqli cəhətlər çoxdur:

 

“MİQ və sertifikasiya müsabiqələrinin proqramlarında oxşarlıq olsa da, məqsədlər fərqlidir. Düşünmürəm ki, eyni bir dövrdə keçirilən hər iki imtahan prosesi bir-birinə maneə yaratmır. Buna görə də müsabiqələrdə  iştirak edən şəxslər üçün hansısa güzəştlərin tətbiqinə ehtiyac yoxdur”.

 

Mahir Əhədov sertifikasiyanın psixoloji tərəfləri  haqqında fikirlərini bildirib:

 

“Məsələnin psixoloji tərəfi də fərqlidir. Həm işə qəbul olmaq istəyən müəllim namizədlər, həm də müddətsiz işləyən təcrübəli müəllimlər üçün psixoloji gərginlik yaransa da, bunların bir-biri ilə əlaqəsi yoxdur”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları