Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 15:59:00
Sərbəst öyrənmə portalında onlayn kurslara qeydiyyat yekunlaşır  

Təhsil İnstitutu tərəfindən tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı keçiriləcək onlayn kurslara qeydiyyat iyunun 20-də başa çatır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, iyunun 21-dən etibarən kurslara start veriləcək. Hər bir kursu bitirmək üçün potensial tələbələrə 3 ay vaxt verilməsi nəzərdə tutulub.

 

Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sonda sertifikat təqdim olunacaq. “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma”, “Sahibkarlıq təhsili və startap” adlı onlayn kurslar Azərbaycan dilində ödənişsiz şəkildə təklif olunur.

 

Kurslar doktorantlar, tələbələr, tədqiqatçılar, müəllimlər və ali təhsil müəssisələrində müvafiq struktur bölmələrin əməkdaşları üçün nəzərdə tutulub.