Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 15:29:00
Məktəbəqədər təhsilin təşkili mövzusunda tədbir keçirilib  

ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Xətai  rayonunda yerləşən 207 saylı körpələr evi və uşaq bağcasının tərbiyəçi-müəllimləri ilə "Azərbaycan Respublikasında Məktəbəqədər təhsilin dövlət standartı"nın mahiyyəti və təlimin təşkili mövzusunda tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb, tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, məktəbəqədər təhsil sahəsində son illər qəbul edilən əsas sənədlər bu sistemdə işləyən mütəxəssislərin səriştəliliyini, metodik işin təşkili, yeni yanaşmaların səmərəli tətbiqi, təlim prosesinin idarəedilməsi, valideynlərlə işin forma və metodları, yeni fəaliyyət şərtləri bu sahədə təlimin təşkilini təmin edir.