Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 17:43:02
Hamını kövrəldən xeyirxah addım – Tələbələrə təqaüd vermək üçün görün, nə etdilər

Türkiyədə tələbələrə təqaüd vermək üçün rəsm sərgisi təşkil olunub.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, universitet tələbələrinə təqaüd vermək məqsədilə keçirilən rəsm sərgisində 28 əsər nümayiş olunub. Sərgidən əldə edilən gəlirlə 10  tələbəyə təqaüd ayrılıb.

Sərgiyə ev sahibliyi edən Gündoğdu Rotary klubu tələbələrə təqaüd vermək məqsədilə klub üzvü Tayfur Yağcının rəsmlərindən ibarət sərgi təşkil edib. Sərgidə nümayiş olunan rəsmlər kətan üzərində yağlı boya, akril və digər texnikalarla işlənib.

Əsl peşəsinin həkimlik olduğunu, xobi olaraq rəsmlə məşğul olduğunu deyən Tayfur Yağcı isə bu sənətə 15 il öncə başladığını deyib:

“15 il əvvəl bu işə sadəcə əsəblərimi sakitləşdirmək üçün başladım. 5-ci sərgimi keçirirəm. Budəfəki məqsədim kifayət qədər savadlı olsa da, maddi durumu yaxşı olmayan tələbələrə təqaüd verməkdir.”

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları