Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 16:50:00
Millət vəkili tələbə adını qazanan gənclərlə görüşdü

Millət vəkili Qənirə Paşayeva Tovuzda ali məktəblərə daxil olan gənclərlə görüşüb.

AzEdu.az   xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin rəsmiləri və ictimaiyyətinin fəalları da iştirak edib.

Millət vəkili görüşdə tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Q.Paşayeva Tovuzda ali məktəblərə daxil olan şagirdlər arasında yüksək bal toplayanların sayının artmasını müsbət hal kimi qiymətləndirib.

O, rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək özəlliklə bəzi kəndlərdə təhsil sahəsində problemlərin öz həllini tapmasının vacibliyini vurğulayıb:

“Tovuzdan ali məktəblərə daxil olan qızların sayı nəinki oğlanlarkından az deyil, əksinə daha çoxdur. Üstəlik, yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə Tovuz bu istiqamətdə gözəl örnəklərdəndir. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir. Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var”.

Millət vəkili gəncləri Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan erməni diasporu və lobbisinə qarşı daha fəal mübarizəyə çağırıb.

Görüşün sonunda tələbələrin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. (axar.az)