Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 15:21:00
Bakının bir sıra məktəblərində şagirdlər AzTU barədə məlumatlandırılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texnikiyönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə görüşləri davam edir.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, növbəti tanışlıq görüşləri Bakının Yasamal, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Qaradağ rayonlarının ümumtəhsil müəssisələrinin XI sinif şagirdləri ilə keçirilib. Onlayn təşkil edilən görüşlərdə məktəblərin rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.

 

Əvvəlcə universitetin tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU-nun əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.

 

Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

 

Sonda suallar cavablandırılıb.