Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 14:24:00
Bağçalara işəqəbulla bağlı bütün suallara cavablar – Əsas şərtlər, vacib qaydalar

 

 

Bağçalara müəllimlərin işəqəbulu prosesi hazırda təhsil ictimaiyyətini maraqlandıran əsas məqamlardan biridir.

 

Son günlər təhsil işçilərinin məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı vacib qərarlar verilib.

 

AzEdu.az həmin məqamları təqdim edir:

 

Təhsil İnstitutu (ARTİ) məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərmək istəyən metodist və tərbiyəçi-müəllimlər üçün müəllimlərin işəqəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

Pedaqogika, metodika və psixologiya üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

 

Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində məzmun sahələri və sual sayı müəyyənləşib.

 

Metodist olmaq istəyənlər hüquqi savadlılıqdan 5 sual, pedaqoji prosesin təşkili və metodikası üzrə 20 suala, pedaqoji və psixoloji nəzəriyyələr üzrə isə 15 suala cavab verməli olacaqlar.

 

Metodist işinin xüsusiyyətlərinə gəlincə, namizədlər  vəzifə funksiyaları üzrə 20 suala cavab vermələri olacaqlar.

 

Bundan başqa, tərbiyəçi vəzifəsi üzrə hüquqi savadlılıq məzmun sahəsində 8 suala, pedoqoji prosesin təşkili sahəsi üzrə 20 suala, pedaqoji və psixoloji nəzəriyyələr üzrə 12 suala cavab verilməsi şərti qoyulub.

 

Bağçada işləmək istəyənlər inkişaf sahələri üzrə fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik baxımından 5, idrakın inkişafı üzrə 5, estetik və yaradıcı inkişaf üzrə 5, sosial-emosional inkişaf üzrə də 5 suala cavab verilməli olacaqlar.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları