Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 14:12:50
Abituriyentlərlə hava-su kimi vacib görüş - BŞTİ ilə AzEDu-dan ortaq təlim-FOTOLAR

  Bakının 90 və 327  nömrəli məktəblərində qəbul imtahanı verəcək şagirdlər üçün maarifləndirici seminar keçirilib

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin baş psixoloqu Səidə Əhmədova və Bakı Dövlət Universitetinin əməkdaşları - psixoloqlar Müşfiq Mustafayev, Səbinə Cəbrayılova ,Ramin Allahverdiyev, Hüseyn Xəlilov XI sinif şagirdləri ilə görüşərək onlarla qəbul imtahan öncəsi psixoloji konsultasiyalar aparıblar. 

 

Seminarda  "İmtahan zamanı yaranan psixoloji gərginliklər" ,"Şagirdlərdə imtahandan əvvəl və sonra depresiyaya səbəb olan amillər","Yeniyetmələri asılılığa aparan əsas amillər və onların aradan qaldırılması üsulları" mövzusunda maraqlı söhbətlər aparılıb.

 

Şagirdləri maraqlandıran suallara cavab verilib ,həmçinin özünəinam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. kimi mövzulara toxunulub və şagirdlərə dəyərli tövsiyələr verilib

 

 

 

 

 

 

Qeyd edək ki, bu seminar AzEdu təhsil portalı ilə Bakı Şəhəri Təhsil İdarəsinin ortaq layihəsidir

Gülcahan Məmmədova
Müəllifin digər yazıları