Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 12:43:00
Metodika və pedaqogika üzrə seminara qeydiyyat yekunlaşır

Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə keçiriləcək seminara qeydiyyat iyunun 13-də başa çatır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, metodika və pedaqogika üzrə imtahana hazırlaşan şəxslər üçün iyunun 14-ü saat 15:00-da əyani şəkildə seminar təşkil ediləcək.

 

Seminar 240 nömrəli tam orta məktəbdə keçiriləcək və 2 saat davam edəcək.

 

Qeyd edək ki, seminarların mütəmadi şəkildə keçirilməsi planlaşdırılır. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə ediləcək, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.