Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 12:13:00
AzTU əməkdaşları Bakının bir sıra məktəblərinin XI sinif şagirdləri ilə görüşüb

 

 

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə görüşləri davam edir. Növbəti tanışlıq görüşləri Bakının Yasamal, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Qaradağ rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdləri ilə keçirilib. Onlayn təşkil edilən görüşlərdə məktəblərin rəhbərliyi, şagirdlərin müəllimləri və valideynləri iştirak edib.

 

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.

 

Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

 

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, AzTU əməkdaşlarının XI sınıf şagirdləri ilə görüşləri mütəmadi olaraq davam etdiriləcək.