Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 11:00:00
Bakıda təmir olunan məktəblərin SAYI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 92 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

 

İdarədən AzEdu.az-a verilən xəbərə görə, 4 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 172, 205, 307 nömrəli tam orta məktəblər). Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsində yeni məktəb, Binə qəsəbəsində 88, Xocasən qəsəbəsində 33, Yeni Yasamal Yaşayış Massivində 133 nömrəli tam orta məktəblər) tikintisi tamamlanıb.

 

Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi (292), Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi (304)) tikintisi ilə əlaqədar son tamamlanma işləri aparılır.

 

Həmçinin hazırda 3 məktəbdə (35, 87, 263) köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.