Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-13 10:48:00
Şagirdlərin təhsil uğurunun əsas sirri - Düzgün vaxt bölgüsü -Ekspertdən metodlar

Uşaqların sağlam və hərtərəfli inkişafı üçün xüsusi mühit lazımdır. Bu mühit özündə həm azadlığı, rəngarəngliyi, tamamən stressdən uzaq və eləcə də təlim-tərbiyəni əhatə edəcək üsul vərdişlərlə balanslaşdırılmalıdı.

 

ADPU, ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə dissertantı, təhsil eksperti Günel Şəmilzadə fikirlərini  AzEdu.az bölüşüb

 

Valideynlər övladlarının ilk müəllimləri və ya öyrədənidir. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün isə valideynliyə hazırlıq, eyni zamanda pedaqoji, psixoloji cəhətdən savadlılıq vacib amillərdəndir. Şagird nailiyyətlərində valideynlərin rolu böyükdür. Düzgün vaxt bölgüsü, düzgün seçilmiş təlim proqramı uğurun yarısı deməkdir. Lakin  günümüzün əsas problemi gərgin məktəbli həyatı, məktəbli depresiyaları, şagirdlər arasında özünə qəsdlərin çoxalması, adaptasiya və dərs tapşırıqlarının çətinliyindən sağlamlığına ciddi ziyan dəyən uşaqlıqdı.

 

 

Təhsil eksperti Günel Şəmilzadənin qeydlərinə əsasən orta hesabla götürsək uşaqlar gündəlik 12-13 saat təlim-tədrislə məşğul olurlar. Həftəlik təlim tədrisə ayrılan vaxtı hesablasaq bu absurd şəkildə çoxdur. Ümumtəhsil ocaqlarında siniflərdə dərslər demək olar ki oturaq vəziyyətdə və hərəkətsiz keçirilir, 10-15 dəqiqə tənəffüs müddətində şagird ancaq öz vacib ehtiyaclarını ödəməyə çalışır. Bu hərəkətsiz və daim oturaq dərs sistemi uşaqların çoxunda ciddi xəstəliklərə yol açır. Məktəblərdə keçirilən fənlərdən asılı olaraq ən az 4 saat ən çox isə 7 saat dərslər keçirilir. Yaşayış yerindən asılı olaraq məktəblilər ən az  2 saatı tamamən nəqliyyatlatda keçir. Məktəbdən evə gələn şagirdlərin yarı faizi sadəcə qidalanaraq ya repetitor dərslərinə yada xüsusi kurslara gedirlər.

 

Digər yarı faizi isə sadəcə ev tapşırıqlarının ağırlığından istirahətə vaxt ayıra bilmirlər. İndiki şagirdlər zamanlarının çox hissəsini məktəb, dərs yükü, repetitorluq və ailə  arasında bölərək daha çox  məşğuldurlar. Planlaşdırılmamış  fəaliyyətlərlə məşğul olduqda, uşaqlar ev tapşırığı, qidalanmaq, yatmaq və şəxsi  inkişaf üçün düzgün seçim edə bilmirlər. Təhsil ekspertinin bu sahədə araşdırmalarına əsasən bütün bunları balanslaşdırmaq və daha mütəşəkkil struktur təmin etməklə bir çox problemlərin qarşısını almaq mümkündür. Təbii ki, zamanın idarə edilməsi və buna düzgün riayət etmək mütləq vacibdir. Bunun üçün valideyn məktəb əməkdaşlığı daimi olmalı, valideyn şagird münasibətləri qarşılıqlı şəkildə icra olunmalıdır. Bütün valideynlərin ən böyük səhvi düzgün vaxt bölğüsünə riayət etməmələridi. Planlaşdırılmış vaxt bölgüsü şagirdlərdə öz fəaliyyətlərə və dərslərə də öz müsbət təsirini göstərəcəkdir. Günboyu məktəblinin daha sağlam vərdişlərə yiyələnməsi üçün planlı şəkildə vaxt bölgüsünü nəzarətdə saxlamaq lazımdır və bu nəzarət uşaq və valideyn arasında bölünməlidir. Bu planlaşdırılmış vaxt bölgüsü şagirdlərin bilik və bacarıqlarına uyğunlaşmalıdır. Məktəb yükü, ev tapşırıqları, repetitor və ya kurs tapşırıqları, məktəblinin şəxsi inkişafı üçün dərnək və digər sosial fəaliyyətlər dərindən araşdırılmalıdı.

 

 

Ev tapşırığı üçün lazım olan vaxt tədris prosesinin illik tələbindən, müəllimlərin iş prinsipindən və şagirdlərin aldığı kurs işinin növündən çox asılıdır.  Uşağınıza bunun üçün ona hansı vaxt kəsiyində rahat olacağına qərar verməsinə icazə verin. Bunu etmək, onlara günlərinə müəyyən qədər nəzarət hissi verir və tapşırıqların yerinə yetirilməsi zamanı daha çox həvəsli və məsulyətli olmalaları müsbət nəticələrə gətirib çıxara bilər.