Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 12:12:52
MİQ imtahanlarında II tur üçün  vakant yerlər - TAM SİYAHI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən boş qalan üç mindən çox vakant yerə  əlavə yerləşdirməyə start verilib.

Əlavə yerləşdirməyə 16934 namizəd buraxılıb. Vakansiya seçimi 26 avqust saat 23:59-dək davam edəcək. Əlavə yerləşdirmə başa çatdıqdan sonra apellyasiya müraciətlərinə baxıldığı üçün birinci turun müsahibə mərhələsində uğur qazanmayan namizədlərin elektron yerləşdirmə zamanı tutduqları yer ikinci turda vakansiyaya çıxarılmayacaq.

Qeyd edək ki, vakansiya seçimi başa çatdıqdan sonra uğur qazanan  namizədlərlə 30-31 avqust tarixlərində müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

AzEdu.az İnsan resursları Mərkəzinə istinadən II tur üçün nəzərdə tutulan vakansiyaları təqdim edir. Vakansiyalarla aşağıdakı linkdən tanış ola bilərsiz:

https://miq.edu.az/vacancy