Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-08 11:15:00
“II cəhd imtahanında iştirak etməyəcəm, bu nəticə kifayət edir”-II qrup üzrə ölkə BİRİNCİSİ

 

22 May 2022-ci il tarixində II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb.

 

Bu qrup üzrə ən yüksək nəticə 394 balla Türkiyə Dəyanət Vəqfi-Bakı-Türk Liseyinin şagirdi Rəşad Niftəliyevə məxsusudur..

 

Rəşad, 2005-ci ildə Bakı şəhərində anadan olub. Türkiyə Dəyanət Vəqfi-Bakı-Türk Liseyinin məzunudur. O, buraxılış imtahanında 284 ballıq nəticə göstərib.

 

Təəsüratlarını AzEdu.az-la bölüşən istedadlı şagird imtahana hazırlıq prosesindən söz açıb:

 

“Qəbul imtahanına məktəbdə hazırlaşdım. Təhsil müəssisəmizdə çalışan müəllimlər mənə bu prosesdə yaxından köməklik göstərdi.  Liseyimizdə kurs deyilən format var. Belə ki, dərslərə əlavə saatlar artırmaqla hazırlıq prosesi təşkil edilir. Digər abituriyentlərdən fərqli olaraq biz hazırlıq üçün başqa yerə üz tutmurduq”.

 

No description available.

 

Qrup birincisi çətinlik çəkdiyi suallar və sevdiyi fənləri qeyd edib:

 

“Test suallarının cavablandırılmasında çətinlik yaşamadım, lakin fənlər arasında Azərbaycan dilindən də çətinliyim oldu. Ən sevdiyim dərslər isə riyaziyyat və coğrafiya idi, onlar həm də əsas fənlərim idi”.

 

O, gələcək hədəflərinin nə olduğunu vurğulayıb:

 

“Təhsilimi Türkiyədə davam etdirmək istəyirəm, amma ölkəmizdə seçim edəcəyim universitet Bakı Ali Neft Məktəbi olacaq”.

 

No description available.

 

İkinci cəhd imtahanında iştirakı ilə bağlı sualımıza o, -“İkinci cəhd imtahanında iştirak etməyi düşünmürəm, bu nəticə mənə kifayət edir”-deyə qeyd edib.

 

Rəşad, seçəcəyi ixtisas və gələcək planlarından da söz açıb:

 

“Gələcəkdə təhsilimi davam etdirərək yaxşı imkanlar axtarışında olacam. İxtisas olaraq iqtisadiyyatı seçmək istəyirəm”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları