Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-07 16:04:00
AzTU-da DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki? Görüşün məqsədi DİM tərəfindən 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin İKT istiqamətli ixtisaslarına keçiriləcək qəbul imtahanı üçün proqramın, imtahan modelinin, həmçinin abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanan vəsaitin və s. məsələlərin müzakirəsi olub.

 

AzTU-nun rektoru, professor Vilayət Vəliyev görüşün məqsədi, eləcə də informasiya texnologiyaları, süni intellekt, rəqəmsal bacarıqlar sahəsində universitetdə görülən işlər haqqında məlumat verib.

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz görüşün qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində hər iki tərəf üçün faydalı olacağını bildirib.

 

Görüşdə çıxış edən DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva informatika fənni üzrə qəbul proqramı və imtahan modelinin ötən ildən hazırlanaraq, dim.gov.az saytında yerləşdirildiyini qeyd edib. A.Batıyeva qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzuların daxil edildiyini bildirib, eyni zamanda imtahan modeli haqqında danışıb. O, həmçinin imtahana hazırlıq çərçivəsində DİM-in internet saytında informatika fənni üzrə Mərkəzlə əməkdaşlıq etmək istəyənlərin elektron qeydiyyat sistemi və qəbul imtahanında istifadəsi nəzərdə tutulan qiymətləndirmə vasitələrinin tərtibi, ekspertizası və yoxlanılması (marker) ilə bağlı hazırlıq kursunun elektron qeydiyyat sistemi haqqında iştirakçılara məlumat verib.

 

İclasda abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin nüsxəsi iştirakçıların nəzərinə çatdırılıb.

 

Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev də çıxış edərək informatika fənni üzrə test bankın formalaşması haqqında məlumat verib, iclasın bu sahədə görüləcək işlərdə əhəmiyyətini qeyd edib.