Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-24 16:25:31
MİQ imtahanlarında müəllimlərdən ən çox soruşulan kurikulum bəhsləri – Birinci dərs

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinin də cavabları məlum oldu. Artıq sabahdan 3627 müəllim vakansiya seçimində iştirak edəcəklər.

Lakin MİQ imtahanlarının birinci mərhələsi – test sualları – bir mənzərəni ortaya çıxardı: kurikulum və məntiq suallarının imtahan verən bəzi gələcək və hazırkı pedaqoqlar tərəfindən qəbul olunmaması… Bununsa, bir neçə səbəbi var: kimisi bu iki predmete aid sualları qeyri-səhihlikdə, kimisi həddindən artıq mürəkkəblikdə, kimisi isə çaşdırıcı olmaqda “günahlandırır”

AzEdu.az bu məqsədlə, müəllimlərdən  kurikulumla bağlı əən çox soruşulan bəhslər haqqınd aməlumat verəcək. İstər test, istərsə də şifahi mərhələdə aşağıdakılarla bağlı məsələlər müəllimlərdən soruşulur:

MOTİVASİYA

Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir. Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

Motivasiya - Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

Motivasiyanın yaradılmasına təsir edən amillər.

Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir; Materialın təqdim olunma üsulları və formaları; Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu; Yaradıcılıq imkanı; Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə); Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

TƏDQİQATIN APARILMASI

Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır. Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır. Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Tədqiqatın aparılması üzrə metodların seçiminə, İşin qrup şəklində və digər formada təşkili və aparılmasına, Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin seçilməsinə, İş vərəqlərinin hazırlanmasına.

MƏLUMAT (İnformasiya) MÜBADİLƏSİ

Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

MƏLUMATIN MÜZAKİRƏSİ VƏ TƏŞKİLİ

Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onlarınsistemləşdirilmə-sinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

NƏTİCƏLƏRİN ÇIXARILMASI

Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparır.  Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət  hissi təşkil edir.

YARADICI TƏTBİQETMƏ

Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

EV  TAPŞIRIQLARI

Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir; Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır; Şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.

QİYMƏTLƏNDİRMƏ

Qiymətləndirmə - istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.

REFLEKSİYA

Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir.