Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-03 13:27:00
Hazırda müddətli müqavilə əsasında işləyənlər MİQ-də iştirak edə bilər?-CAVAB

 

Bu gündən etibarən 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

 

Namizədləri maraqlandıran suallardan biri də hazırda müddətli müqavilə əsasında çalışan müəllimlərin MİQ müsabiqəsində iştirakı ilə bağlıdır.

 

AzEdu.az xəbər verir ki, hazırda müddətli müqavilə əsasında çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

Həmçinin 3 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında çalışan və hazırda analıq məzuniyyətində olan şəxslər də müsabiqədə iştirak edə bilər.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan tarixdən etibarən 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.