Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 13:22:00
DİM bu şəxslərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) hakim vəzifəsinə qəbul olmaq üçün imtahan vermək istəyən namizədlərə müraciət edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər mayın 25-dən iyunun 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

 

https://exidmet.dim.gov.az/elimt/HakimTest

 

Test imtahanı iyunun 8-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.