Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-24 12:39:58
Magistraturanın qabiliyyət imtahanlarına qeydiyyat BU TARİXDƏ aparılacaq

Qeyd olunan proqramlar üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat 1-3 iyun tarixlərində aparılacaq

 

AzEdu.az xəbər verir ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 1 – 3 iyun 2022-ci il tarixlərində aparılacaq.
 

Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək.

 

Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.