Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-24 12:00:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 427 nəfər qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:35-dək olan məlumata görə, imtahan vermək üçün 427 (BA - 115, BB - 312) nəfər qeydiyyatdan keçib.