Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 13:40:00
Yaz sessiyasında Təhsil krediti üçün müraciət edənlərin sayı açıqlanıb  

Yaz sessiyasında Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, indiyədək 4478 müraciət qəbul olunub.

 

Onlardan 658-i natamam, 525-i emaldadır. Müraciətlərdən 279-na imtina verilib. 504 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib.

 

Yaz sessiyasında 2512 nəfərə kredit verilib. Onlardan 882-si sosial, 1630-u isə standart təhsil krediti olub