Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 13:24:00
Abituriyentlər qapalı tipli suallarda daha çox səhvə yol veriblər- Elçin Əfəndi

"Həftəsonu keçirilən  imtahanlar tam şəffaf və obyektiv formada baş tutub, abituriyentlər qapalı tipli suallarda daha çox səhvə yol veriblər".


Bu sözləri AzEdu.az-a açıqlamasında qəbul məsələləri üzrə mütəxəssis  Elçin Əfəndi deyib.

 

"Situasiya tapşırıqlarının, həmçinin, bütün sualların qəliz və anlaşılmaz formada salınması ilə bağlı fikirlərlə razı deyiləm.


"İmtahana düşəcək mövzular haqqında məlumat proqramda öncədən təqdim olunmuşdu. Amma qapalı tipli sualların yoxlanılışı onu göstərir ki, bir sıra abituriyentlər nəticələr gözlədikləri kimi olmayıb".

 

Təhsil eksperti imtrahan zamanı şagirdlərin daha çox hansı fənndən çətinlik çəkməsi ilə bağlı məlumatın "Abituriyent" jurnalında qeyd olunduğunu bildirib.


"Abituriyentlər bu məsəsləyə diqqət yetirsələr, daha yaxşı nəticə eldə etmiş olarlar. Həftə sonu hər iki imtahan üzrə ümumilikdə 40 minədək abituriyent imtahan verib. Blok imtahanları zamanı səhv cavabların düzgünlərə təsir etməsi onların ballarına mənfi təsir göstərib. Abuturiyentlər qarşıdakı bir ay ərzində  səhv cavablandırdıqları mövzular üzrə çalışsalar, daha yüksək nəticə əldə etmiş olarlar".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları