Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-23 10:00:00
Dil kursu üçün İngiltərəyə gedən tələbələrin sayı açıqlanıb

İngiltərə dil proqramları mövzusunda işlər aparan təhsil müəssisəsi "English UK”in 2017-ci il məlumatlarına əsasən, ölkəyə ingilis dili kursları üçün ən çox tələbə İtaliyadan gəlib. Onların sayı 129 min 893  olub.

AzEdu.az xarici mətbuata istinadən məlumat verir ki, ikinci və üçüncü yerlərdə isə 44 min 673 nəfərlə Çin və 44 min 362 tələbə ilə İspaniya durur. Tələbələrin ümumi sayı isə 497 minə çatıb. Bununla da 2016-cı ilə nisbətdə  14% artım müşahidə olunub.

Türkiyə isə bu sıralamada 9-cu yerdə qərarlaşıb.

Bu ölkədən İngiltərəyə dil kursu üçün gedənlərin sayı 15 min 270 nəfərdir.