Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-22 11:59:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 305 namizəd qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 18:20-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 305 (BA - 91, BB - 214) namizəd qeydiyyatdan keçib.