Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-20 12:29:00
BMU-nun basketbol komandası universitetlər arasında keçirilən yarışmada iştirak edib  

Bakı Mühəndislik Universitetinin (BMU) basketbol komandası Azərbaycan Basketbol Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən basketbol üzrə ölkə birinciliyində iştirak edib.

 

AzEdu.az xəbər verir ki, yarışmaya 4 qrup və hər qrupda 6 komanda qatılıb. “A” qrupunda Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, BMU dairəvi sistemlə qrupda 1-ci yer tutmaqla növbəti playy-off mərhələsinə vəsiqə qazanıb.

 

Xəzər Universitetinə qalib gələn BMU komandası 8 ən yaxşı komandalar siyahısında yer alıb. 1/4 final mərhələsində isə BMU komandası rəqibinə minimal hesabla məğlub olaraq mübarizəni dayandırıb.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə respublika çempionatına 24 oğlan, 5 qızlardan ibarət olmaqla, 29 komanda (24 universitet) qatılıb.