Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-19 18:12:00
MİQ və sertifikasiyada inanılmaz yenilik gözlənilir - Bu qurumlar keçirə bilər

 

“Müəllimlərin işə qəbulu və sertifikatlaşdırılma prosesi gələcəkdə regional qurumların səlahiyyətinə verilə bilər”. 

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı müzakirədə deyib.

 

Direktor bildirib ki, bu hazırda nəzərdə tutulmur, amma gələcəkdə mümkün ola bilər:

 

"Gələcəkdə bölgələrdə vəziyyət yaxşı olarsa müəllimlərin işə qəbulu və sertifikatlaşdırılma yerli bələdiyyələrin, məktəblərin özlərinin və digər regional strukturların öhdəliyinə verilə bilər, amma bu hələlik nəzərdə tutulmur. Bunun üçün zaman tələb olunur".

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları