Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-19 16:49:00
Məktəblilərarası VII Fənn müsabiqələrinin nəticələri elan edilib  

İştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. 23 may tarixindən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər. Nəticələrlə bağlı müraciətlər ARTİ tərəfindən 3 iş günü ərzində yerli təhsil idarəetmə orqanları vasitəsilə qəbul edilir.

 

Qeyd edək ki, 4264 nəfər məktəblinin iştirak etdiyi Fənn müsabiqələrinin final mərhələsində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ əldə edirlər. Bunun üçün həmin şagirdlər 10 iyun 2022-ci il tarixinə qədər ARTİ-yə ərizə ilə müraciət etməlidirlər.

 

AzEdu.az xəbər verir ki, müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.