Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-19 15:22:00
Fizika və rus dili fənləri üzrə hazırlıq kurslarının məşğələləri keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) fizika və rus dili fənləri üzrə qəbul və buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

 

Fizika fənni üzrə moderator Əlövsət Rəcəbli ali təhsil müəssisələrinə qəbul imtahanları üçün situasiya tapşırıqlarının və onların meyarlarının hazırlanması, rus dili fənni üzrə moderator Viktoriya Ələkbərova isə tam orta təhsil (11 illik) bazası üzrə buraxılış imtahanları üçün mətnlərin, mətn əsasında tapşırıqların və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.

 

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kurslarının beşinci məşğələsi növbəti həftə keçiriləcək.