Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 13:30:00
Elmi təcrübələr zamanı ölən dahi alimlər - MİSİLSİZ FƏDAKARLIQLAR

 

AzEdu.az  dünya elm tarixində elmi təcrübələr aparan zaman həyatlarını itirən və güclü xəsarət alan məşhur alimlər haqqında yazını təqdim edir:

Karl Şil - ixtisasca farmokoloq olan Karl dövri elementlər cədvəlində bir çox maddələri ilk dəfə kəşf edib.  Təəssüf ki, kimya elmi tarixində adı Mendeleyev və başqa alimlər qədər hallanmayıb. Lakin Şil oksigen, maqnezium, molibden kimi bir çox əsas element və maddələrin ixtiraçısı kimi bilinir. Amma onun bir azarı vardı: üzərində təcrübə apardığı kimyəvi maddələrin mütləq dadına baxmalı idi. O, qətiyyən təhlükəsizliyini düşünmürdü. Bir dəfə də kimyəvi elementi dadarkən zəhərlənir və dünyasını dəyişir;

 Con Françis de Rozier -  varlı övladlarına fizika və kimya dərsləri deyən Rozier ilk dəfə hava şarı ixtira edir və birinci özü onu sınaqdan keçirmək istəyir. Elmi sınaq çox uğursuz alınır. Hava şarı göydə partlayır. Rozier göydə ölən ilk insan kimi tarixə düşür;

 David Breuster - Optika və işıq molekulları üzərində mütəmadi olaraq elmi təcrübələr aparan şotland alim gözlərini tamamilə bu sınaqlara qurban verdi. Bir dəfə də mikroskopa kiçik dənəcikləri müşahidə edən zaman gözləri kor olur və ömrünün sonuna qədər dünya işığına həsrət qalır;

 Yelizavet Asçeym - bu xanım alimə əsl elm fədaisi demək azdır. O, uzun müddət Rengten şüalarını araşdırdı. İnsanların Rengten şüalarından istifadəsi üçün özünü sınaq obyekti kimi qurban verdi. Xanım alim özünü qurban verdiyi sınaqlardan sonra Rentgen aparatını təkmilləşdirib onu daha təhlükəsiz etdi. Lakin özü şüalanmaya qurban gedərək, dünyasını dəyişdi;

 Aleksandr Boqdanov - dünyada ilk dəfə qanküçörmə prosesini həyata keçirdi. Onun bu icadı bir çox insanların həyatını xilas etdi. Amma alim məhz bu kəşfinin qurbanı oldu: o, özünə köçürdüyü qandakı vərəm xəstəliyindən xəbərsiz idi. Ona görə də, bu böyük icadı ilə əslində, öz sonunu hazırladı;

 Robert Bunsen - Laboratoriyada istifadə edilən kolbaları ilk dəfə o kəşf edib. Elə həmin kolbalarda apardığı ilk sınaq zamanı gözləri kor olub;

 Ampri Deyvi - dövrünün böyük kimyaçısı sayılırdı. Aşkarladığı qazların yanıcılıq qabiliyyətini yoxlayan zaman yanaraq vəfat edib.