Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-18 11:26:00
İngilis dili üzrə sertifikasiya MÖVZULARI

 

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

 

AzEdu.az məlumat verir ki, kitabçada İngilis dilinin məzmun sahələri üzrə sual sayı aşağıdakı kimidir:

 

1.Leksikologiya

 

Sinonimlər, antonimlər, frazeoloji birləşmələr, idiomlar, atalar sözləri, cümlə tamamlama, verilən vəziyyətə uyğun ən doğru ifadəni müəyyənləşdirmə

 

  1. Morfologiya

 

Nitq hissələri

  • İsim (The Noun). İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlər. İsmin əsas qrammatik əlamətləri. İsmin hal və kəmiyyət kateqoriyaları. İsmin ümumi və yiyəlik halları
  • Sifət (The Adjective). Sifətlərin mənalarına görə təsnifi: əsli (Qualitative) və nisbi (Relative) sifətlər Sifətlərin əsas qrammatik əlamətləri. Əsli sifətlərin dərəcə kateqoriyaları. İsimləşmiş sifətlər
  • Say (The Numeral). Sayın növləri: miqdar, sıra və kəsr sayları
  • Əvəzlik (The Pronoun). Əvəzliklərin təsnifi. Who, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi Some, any, no, every əvəzlikləri və onların törəmələri Kəmiyyət bildirən many, much, little, few, a little, a few a lot (of), plenty of və başqa sözlərin işlənməsi
  • Feil (The Verb). Feillərin təsnifi. Əsas qrammatik əlamətləri Əsas, köməkçi, bağlayıcı feillər Feilin xəbər şəkli (The Indicative Mood). Feilin məlum növü (The Active Voice) Feilin məchul növü (The Passive Voice) Zamanların uzlaşması (Sequence of Tenses) Modal feillər (Modal Verbs) Modal feillərin ekvivalentləri Feilin vasitəli şəkli (The Oblique Moods) Feilin şəxssiz formaları (The Non – finite Forms of the Verb; Qısalma (The Reduction)
  • Zərf (The Adverb). Zərfin növləri, zərf düzəldən suffikslər, zərfin dərəcələri, həm sifət, həm də zərf kimi işlənən sözlərin omonimliyi və dərəcə kateqoriyası
  • Artikl (The Article). Qeyri-müəyyənlik və müəyyənlik artiklı, artiklın işlədilməsi və işlədilməməsi qaydaları, artikl və ya artiklsız işlənən ifadələr
  • Sözönləri (The Prepositions). Sözönüləri, sözönülü ifadələr və onların başqa nitq hissələri ilə omonimliyi
  • BaĚlayıcı (The Conjunction). Tabeli və tabesiz bağlayıcılar və başqa nitq hissələri ilə omonimliyi
  • Ədat (The Particle)
  • Modal sözlər(The Modal words)
  • Nida (The Interjection)

 

3.Sintaksis

 

  • Cümlə (The Sentence) Sadə (məqsəd və intonasiyaya görə) və mürəkkəb cümlələr (tabeli-tabesiz), aralarındakı sintaktik baxımından quruluş fərqlilikləri. Cümlənin baş və ikinci dərəcəli üzvləri
  • Mübtəda - xəbər uzlaşması
  • Cümlə üzvləri, vasitəli/vasitəsiz nitq
  • Sadə və mürəkkəb cümlələrdə inversiya
  • There formalsözü ilə başlanan cümlələr (Empty Subject There)