Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 14:50:00
“Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinar təşkil ediləcək

Mayın 18-də “Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinar keçiriləcək.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, vebinarda spiker qismində Kembric Universitetinin nəşriyyat və qiymətləndirmə kurikulum proqramları üzrə müdir müavini Abigail Barnett çıxış edəcək.

 

Qeyd edək ki, vebinarın keçirilməsində məqsəd konstruktiv rəy haqqında sualları cavablandırmaq, eləcə də təhsil ictimaiyyətini, xüsusilə müəllimləri məlumatlandırmaqdır.