Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 14:10:00
Fizika fənni üzrə seminarda iştirak etmək istəyənlərin nəzərinə

Fizika fənnindən imtahanlara hazırlaşan şəxslər üçün mayın 18-i saat 15:00-da keçiriləcək seminar üçün daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq, qeydiyyat vaxtından əvvəl dayandırılıb.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan bildirilib. Qeyd olunub ki, digər şəxslər yaxın vaxtlarda elan olunacaq link vasitəsilə qeydiyyatdan keçməklə növbəti seminarlarda iştirak edə bilərlər. Həmçinin seminarın keçiriləcəyi ünvanda dəyişiklik olunub. Seminar 240 nömrəli tam orta məktəbdə (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 20) təşkil ediləcək.

 

Xatırladaq ki, Təhsil İnstitutu müəllimləri işə qəbulu və sertifikasiya imtahanlarına hazırlaşan namizədlərə dəstək məqsədilə seminarlara start verir. Hər seminar bir fənn üzrə çərçivə sənədinin izahına həsr olunacaq, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri müzakirə olunacaq, eyni zamanda, gələcəkdə çərçivə sənədinin təkmilləşdirilməsinə dair verilən təkliflər dəyərləndiriləcək.

 

Həftə ərzində bir neçə dəfə olmaqla mütəmadi şəkildə keçirilməsi planlaşdırılan seminarlar ilkin olaraq fizika fənnindən imtahanlara hazırlaşan şəxsləri əhatə edəcək.