Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 12:16:00
İngilis dili fənni üzrə hazırlıq kursunun məşğələsi təşkil edilib  

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.

 

Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və magistrantlar iştirak ediblər.

 

Məşğələyə moderatorluq edən Nərminə Əliyeva fənn kurikulumunun müəyyən etdiyi “Oxu” məzmun xətti üzrə bacarıqların yoxlanılması üçün mətnlərin seçilməsi, mətn əsasında tapşırıqların və onların meyarlarının hazırlanması barədə təqdimat edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Hazırlıq kursunun beşinci məşğələsi növbəti həftə keçiriləcək.