Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 17:36:00
İki ildən sonra koronavirusa yoluxma 0-a endi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, 47 aktiv xəstə sayı nəfərdir.

 

Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb.