Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 14:27:00
Fənn müsabiqələri və məntiq olimpiadasının final mərhələsində 7 minədək MƏKTƏBLİ iştirak edib  

Ölkə üzrə 25 müxtəlif mərkəzdə məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, hər 2 müsabiqə üzrə ümumilikdə 6985 nəfər (fənn müsabiqəsi - 4510, məntiq olimpiadası - 2475 nəfər) final mərhələsində iştirak hüququ əldə edib.

 

Müsabiqələrin nəticələri mayın 23-dən etibarən portal.edu.az və olimpiada.edu.az saytları vasitəsilə elan ediləcək. Müsabiqələrin keçirilməsində əsas məqsəd yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.