Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 13:41:00
BMU növbəti dəfə nüfuzlu “THE Impact Rankings” reytinq cədvəlində  

Bakı Mühəndislik Universiteti (BMU) Böyük Britaniyanın “The Times Higher Education” nəşrinin dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlində  (Impact Rankings -2022) yer alıb.

 

AzEdu.az xəbər verir ki, BMU-nun artıq ikinci dəfədir daxil olduğu adıçəkilən reytinq  cədvəli universitetlərin tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli, balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.

 

Azərbaycanın 6 ali təhsil müəssisəsinin (Xəzər Universiteti, Qərbi Kaspi Universiteti, UNEC, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti) yer aldığı reytinq cədvəlində 106 ölkədən və regionlardan 1406 universitet daxil edilib.

 

Reytinq Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.