Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-16 11:10:00
Tarix fənni üzrə sertifikasiyadan keçəcək müəllimlərin nəzərinə - MÖVZULAR

 

İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. 

 

ARTİ ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb.

 

İntitutun təqdim etdiyi məlumat kitabçasında 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə olunub.

 

AzEdu.az məlumat verir ki, kitabçada Tarix fənni üzrə məzmun sahələri üzrə sual sayı aşağıdakı kimidir:

 

TARİX

 

Ümumi

 

Tarix elmi haqqında

 

  • Tarix elminin predmeti və tədqiqat üsulları
  • Tarixə yardımçı elmlər
  • Tarix elminin əsas anlayışları
  • Tarix elminin əsas zaman ölçü vahidləri
  • Zaman oxu üzərində il hesabının aparılması.

 

AZƏRBAYCAN TARİXİ

 

İbtidai və Qədim dövr

 

Azərbaycan ilk insanın yaranmasından bizim eranın III əsrinədək

 

Erkən orta əsrlər dövrü

 

Azərbaycan III-XI əsrlərdə

 

Klassik orta əsrlər dövrü

 

Azərbaycan XI-XVII əsrlərdə

 

Son orta əsrlər dövrü

 

Azərbaycan XVIII-XIX əsrin birinci yarısında

 

Yeni dövr

 

Şimali və Cənubi Azərbaycan XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində

 

Ən yeni dövr

 

  • Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)
  • Azərbaycan SSR (1920-1991)
  • Cənubi Azərbaycan (1914-1979)

 

Müasir dövr

 

Azərbaycan Respublikası (1991-2020)

 

Ümumi

 

Azərbaycan mədəniyyəti ən qədim zamanlardan müasir dövrədək

 

ÜMUMİ TARİX

 

Qədim dövr

Qədim Misir. İkiçayarası. Babil. Finikiya. Hindistan. Çin. Böyük Hun imperiyası. Qədim Yunanıstan. Makedoniya imperiyası və onun parçalanması. Qədim Roma. Avropa Hun dövləti. Mədəniyyət.

 

Erkən orta əsrlər dövrü

 

Türk dövlətləri: Ağ Hun dövləti. Göytürk dövləti. Xəzər xaqanlığı. Uyğur dövləti. Qəznəlilər. Qaraxanlılar dövləti

 

Ərəblər. İslam dini. Xilafət. Avropa ölkələri: “Xalqların böyük köçü”. Qərbi Avropa ölkələri V-XI əsrlərdə

 

Bizans imperiyası

 

Klassik orta əsrlər dövrü

 

Asiya ölkələri: Səlcuq dövləti. Osmanlı dövləti. Böyük Monqol imperiyası. Qızıl Ordu. Teymurilər dövləti. Dehli sultanlığı

 

Avropa ölkələri: Şəlibçilərin Şərqə yürüşləri. Rekonkista. İngiltərə. Fransa

 

Son orta əsrlər dövrü

 

Avropa ölkələri: Reformasiya hərəkatı. İngiltərə. Fransa. Böyük coğrafi kəşflər və müstəmləkə işğalları.Rusiyanın Qazan, Həştərxan və Sibir xanlıqlarını ələ keçirməsi. İntibah mədəniyyəti

 

Asiya ölkələri: Osmanlı dövləti. Böyük Moğol dövlətinin yaranması və Əkbər şah

 

Yeni dövr

 

Avropa ölkələri: İngiltərə. Maarifçilik. Fransa 1789-1794-cü illər və I, II imperiyalar dövründə. Rusiya 1613-1918-ci illərdə. Müridizm hərəkatı. Şimali Amerikada ingilis koloniyaları. ABŞ. Almaniya. Asiya ölkələri: Osmanlı dövləti. Yaponiya XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində

 

XIX - XX əsrin əvvəllərində dövlətlərarası münasibətlər. Birinci Dünya müharibəsi və onun nəticələri

 

Ən yeni dövr

 

Dünya ölkələri 1918-1945-ci illərdə Versal-Vaşinqton sistemi. ABŞ. Almaniya. SSRİ. Türkiyə

 

XX əsrin 20-30-cu illərində dövlətlərarası münasibətlər

 

İkinci Dünya müharibəsi və onun nəticələri

 

Dünya ölkələri İkinci dünya müharibəsindən sonrakı (1945-2017) dövrdə

ABŞ. Qərbi Avropa ölkələri. SSRİ. Rusiya Federasiyası. Türkiyə. Hindistan. Kəşmir məsələsi. Pakistan. İsrail dövlətinin yaranması. Fələstin. Çin. Yaponiya.

 

Soyuq müharibə dövründə dövlətlərarası münasibətlər

 

Müasir dövr

 

Müasir dövrdə dövlətlərarası münasibətlər